Rusiyada məhbuslar kütləvi şəkildə məcburi əməyə cəlb olunur- İşçi qüvvəsi çatışmır

Rusiya həbsxanalarında olan 26 mindən çox məhbus 1700 kommersiya təşkilatında məcburi əməyə cəlb olunub.

Azpost.info xəbər verir ki, bu barədə Federal Penitensiar Xidmətdən bildirilib.

İşçi qüvvəsinin çatışmazlığı səbəbindən məhkumlar ixtisaslarından asılı olaraq tikinti, yeyinti istehsalı, kənd təsərrüfatı, yüngül sənaye, xidmət, mebel istehsalı, ağac kəsmə və ağac emalı, mənzil-kommunal təsərrüfatı və abadlıq, bərk məişət tullantılarının emalı, mədənçıxarma, maşınqayırma və kimya sahələrində işə cəlb olunurlar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.