Norveçin Equinor dövlət neft şirkəti Azərbaycandakı aktivlərinin satılması məsələsini nəzərdən keçirir.
Azpost.info-bildirir ki, Bloomberg agenlyinin yazdığına görə söhbət həm də şirkətin Azəri-Çıraq-Günəşli (AÇG) yatağındakı payından gedir.
Bəzi təxminlərə görə Xəzər dənizində yerləşən bu yataqda çıxarılması mümkün olan 5.4 milyard barrel neft var. 20 milyard dollar investisiya qoyulmuş bu yataq hasilata 1997-ci ildə başlayıb və hasilat 2009-cu ildə pik nöqtəsinə çatıb.
Yatağın əməliyyatçısı BP-nin bu yataqda Equinor-dan başqa bir neçə xarici partnyorları var. Bunlar Yaponiyanın Inpex, Exxon, Itochu, Hindistanın ONGC Videsh və Azərbaycanın SOCAR şirkətləridir. Səhmdarlar arasında bağlanmış müqavilənin şərtlərinə görə Equinor öz payını satış üçün əvvəlcə SOCAR şirkətinə təklif etməlidir.
SOCAR payı almaqdan imtina edərsə, Norveç şirkəti onu başqa bir müştəriyə təklif edə bilər.
Bloomberg adı çəkilməyən mənbələrə istinadla yazır ki, artıq Norveç şirkətinin payı ilə maraqlanan tərəf var və danışıqlara başlanıb.
Azpost.info