Azərbaycan 3 ayda Avropaya 3 milyard kubmetr qaz ixrac edib

Azneft
Azneft

Azərbaycan bu ilin birinci rübü ərzində TAP kəməri vasitəsilə Avropaya 2.9 milyard kubmetr qaz ixrac edib.

Azpost.info bildirir ki, bu barədə Oilprice.com saytı məlumat verib.

Sayt yazır ki, Azərbaycan Avropaya qaz ixracının artırılması ilə məşğuldur. Xəbərdə qeyd olunur ki, Avropa İttifaqı və Azərbaycan Xəzər qazının ixracını 20 milyard kubmetrə çatdırmağı planlaşdırırlar.

Bu il Azərbaycan Avropaya 11.6 milyard kubmetr qaz nəql edib. Bu, 2022-cillə müqayisədə cüzi artım deməkdir.

BP AÇG yatağında qaz aşkar etdiyini bildirib. Şirkətin məlumatına görə burada hasilat 2024-cü ildə başlanmalıdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.