2023-cü il üçün Azərbaycanda sığorta yığımının bir milyard manatı keçəcəyi proqnozlaşdırılır.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev Azərbaycanda ilk dəfə keçiriləcək Sığorta festivalı ilə əlaqədar təşkil olunmuş mətbuat konfransında deyib.
“2021-ci ildə sığorta sektorunda 16 faiz, 2022-ci ildə 15 faiz artım əldə olunub. Cari ilin birinci yarısında olan artım tempinə nəzər salsaq, bu ili də yüksək artımla başa vuracağımızı düşünürük”, – deyə E.Mirsalayev qeyd edib.