Sülhməramlılar yenə də erməni mövqelərinə gedən maşınları müşayiət edir

Qarabağda Rusiya sülhməramlı kontingentinin müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınması davam edir.

Пörüntülərdən aydın olur ki, 25 avqust 2023-cü il tarixində Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə Rusiya sülhməramlılarının müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınır.

Üzərində Rusiya bayrağı olan zirehli texnika yanacaqdaşıyan və hərbi yük avtomobillərini müşayiət edir.

Qeyd edək ki, bundan əvvəl də Rusiya sülhməramlılarının ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınmasını müşayiət etməsini əks etdirən çoxsaylı görüntü yayılıb. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.