Rusiya və Çin ABŞ dollarından imtina edib

Rusiya və Çin artıq iqtisadi əlaqələrdə ABŞ dollarından imtina edib.

Azpost.info bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin departament direktoru Georgi Zinovyev RİA-Novosti-yə bildirib.

Onun sözlərinə görə, Rusiya və Çin artıq iqtisadi əlaqələrdə dollardan istfadə etmirlər, ölkələr arasında ödənişlərin 80%-dən çoxu milli valyutalarda həyata keçirilir.

“Rusiya-Çin ödənişlərində milli valyutaların payı son dərəcə sürətlə artır: əgər 2022-ci ilin əvvəlində bu, təxminən 25% idisə, hazırda bu, 80%-dən çoxdur”-deyə o bildirib.

Zinovyev qeyd edib ki, Moskva birjasında rubl/yuan ilə ticarət ABŞ dolları ilə ticarətin həcmini çoxdan üstələyib: “Biz bu gün biz ikitərəfli iqtisadi əlaqələrin “dollarsızlaşma”nı artıq bəyan edə bilərik”.

O qeyd edib ki, Rusiya və Çin iqtisadi operatorları “qərb ölkələrinin “toksik” valyutalarından kütləvi şəkildə uzaqlaşır və daha etibarlı və təhlükəsiz ödəniş vasitəsi kimi rubl və yuana üstünlük verirlər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.