Aktiv vergiödəyicilərinin sayı artıb- RƏQƏMLƏR

Sentyabrın 1-nə ölkədə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,7 faiz artaraq 745,6 min olub.

Dövlət Vergi Xidmətindən bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 9,3 faiz artıb və 43,6 min təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 5 faiz artaraq 198,7 minə çatıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.