“Silahı yerə qoyun, təslim olun!” –Qarabağdakı erməni silahlı birləşmələrinə XƏBƏRDARLIQ

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq”.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov brifinqdə bildirib.

“Həmçinin, ərazidə olan mülki şəxslərə qətiyyən onlara yaxın durmamağı və hər hansı yardım etməməyi tövsiyə edirik. Tövsiyə xarakerli bildirişlər səsgücləndirici və digər texniki vasitələrlə çatdırılır”, – deyə Anar Eyvazov əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.