Hava haqqında

İsti hava
İsti hava

Sentyabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 22-27° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.