Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Avropa İttifaqı bu dəfə Azərbaycanla bağlı ədalətli mövqe ortaya qoydu”

User 27 Sentyabr 2023 - 12:58 (Last updated: 21 May 2025 - 20:15)
bay

“Avropa İttifaqı Azərbaycan həqiqətləri barədə beynəlxalq hüquqa uyğun olan ədalətli mövqe ortaya qoydu”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat xatırladıb ki, həm 44 günlük Vətən müharibəsində, həm bir il əvvəl sentyabr hadisələri və bu günlərdə keçirilən bir günlük antitteror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, ərazilərin işğalçılardan təmizlənməsi məqsədi daşıyırdı: “Üç il bundan əvvəl imzalanmış üçtərəfli bəyanata görə, ərazilərimizin müəyyən bir hissəsində Rusiya sülhməramlıları yerləşdirilməli, buna paralel olaraq Ermənistan silahlı qüvvələrinin birləşmələri və separatçılar buranı tərk etməli və həmin ərazilərdə yaşayan erməniəsilli sakinlərin Azərbaycana reinteqrasiya olunması üçün sülh danışıqları aparılmalı idi. Lakin Ermənistan imzaladığı bəyanatı sabotaj edərək separatçıları silahlandırmağa davam etdi. Nəticədə Azərbaycan antiterror tədbirləri keçirməyə məcbur oldu”.

Onun sözlərinə görə, Ermənistan və onun havadarları antiterror tədbirlərini Azərbaycanın təcavüzü kimi qələmə verməyə çalışırdılar: “Ancaq Azərbaycan həm buna qədər, həm də sözügedən hadisələr dövründə dəfələrlə verdiyi bəyanatlarla, təqdim etdiyi videolarla hədəfinin öz ərazisində olan qanunsuz hərbi obyektlər olduğunu bildirib. Yerli əhaliyə qarşı hər hansı bir aqressiya olmadığını sübut etdi”.

“Bu günlərdə Laçın sərhəd buraxılış məntəqəsi vasitəsilə Ermənistana getmək istəyən əhalinin rahat şəkildə keçməsi üçün şərait yaradılır. Bunu dünya da görür və müvafiq qiymət verməlidir. Avropa İttifaqının verdiyi bəyanat Azərbaycan həqiqətlərinin dünya ictimaiyyəti tərəfindən qəbul edildiyini göstərir. Başqa cür mümkün də deyildi. Çünki Azərbaycan öz ərazisində separatçılığa, qeyri-qanuni hərbi dəstələrə qarşı mübarizə aparırdı. Bu gün həmin qanunsuz hərbi birləşmələri müdafiə etmək sabah Avropanın özü üçün çox pis bir nümunə yarada bilər. Ona görə də ağıllı başlar Avropanın bu məsələdə beynəlxalq hüquqa uyğun olan ədalətli mövqeyini ortaya qoydular”,- Milli Məclisin üzvü əlavə edib.

A.Mirzəzadə vurğulayıb ki, bu gün Azərbaycana qarşı ədalətsiz mübarizə aparan, Azərbaycanı etmədiyi hərəkətlərdə ittiham edən dövlətlər və qüvvələr də nə zamansa Azərbaycan həqiqətlərini etiraf etməyə məcbur olacaqlar: “Azərbaycanın qısa zamanda separatçı rejimdən təmizlənmiş ərazisinin ifrastrukturunu bərpa etməsi üçün ciddi işlər görməsi, yerli əhaliyə yaranmış humanitar problemlərin həlli üçün maksimum dəstək göstərməsi, bir neçə gün öncə Xankəndidə yanacaqdoldurma məntəqəsində baş verən yanğının söndürülməsi üçün lazımi resurslarını ora yönəltməsi bir daha rəsmi Bakının bütün ərazisində yaşayan hər bir icmanın nümayəndəsinə eyni münasibət göstərməsinin sübutudur. Burada milli, dini, irqi ayrı-seçkilik yoxdur. Qarabağda yaşayan erməniəsilli sakinlər Azərbaycanın bütün vətəndaşları kimi qanun tərəfindən qorunacaqlar və atılan addımlar ayrı-ayrı beynəlxalq təşkilatların bəyanatlarından da aydın görünür”.

Post navigation

Previous: Hava haqqında
Next: Prezident və birinci xanım Bakıda inşası davam etdirilən Zəfər parkında olublar –

Oxşar xəbərlər

hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32

xƏBƏR

kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
Alimlərin və kosmetologiya mütəxəssislərinin araşdırmaları dəriyə qulluqda təbii vasitələrin mühüm rol oynadığını göstərir. Bunun səbəbi onların dərinin...
Read more about Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
“Müharibəni mən yox, 1979-cu ildə İran bizə qarşı başlayıb” -TRAMP tramp cixis
  • Dünya

“Müharibəni mən yox, 1979-cu ildə İran bizə qarşı başlayıb” -TRAMP

User 30 Oktyabr 2026 - 20:42
ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir tanker dizel
  • İqtisadiyyat

ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir

User 30 Oktyabr 2026 - 20:32
Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək – Tarix razılaşdırılır tramp putin zelenski
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək – Tarix razılaşdırılır

User 30 Oktyabr 2026 - 20:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.