“Qarabağ” rəhbərliyi Xankəndiyə yollandı, stadiona baş çəkdi

“Qarabağ” klubunun rəhbərliyi Xankəndinə səfər edib.

Klubun direktoru Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov hüquq-mühafizə orqanlarının xüsusi nəzarəti altında Qarabağın bu bölgəsinə yollanıb.

Onlar sentyabrın ikinci yarısında qeyri-qanuni «xunta» rejiminin əlindən geri alınan və Azərbaycan dövlətinin idarəçiliyinə keçən şəhərdə yerləşən stadiona baş çəkib, buranın vəziyyəti ilə yaxından tanış olub.

Sözügedən arenanın tutumu 15 min nəfərdir. Təbi qazonlu idman qurğusu ötən əsrin ikinci yarısında tikilib.(Sportinfo.az)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.