Ronlado futbolla nə vaxt vidalaşacağını açıqladı

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo gələcəklə bağlı planlarından danışıb.

Azpost.info bildirir ki, ulduz futbolçu bu barədə “O Jogo” jurnalına bildirib.  O etiraf edib ki, pərəstişkarları onu daha çox sevindirir: “Azarkeşlər məni sevindirir və mən də buna qarşılıqlı şəkildə cavab verirəm. Bu və növbəti mövsümdə oynamağa davam edəcəyəm. Sonra bədənimə baxıb, davam edib-etməyəcəyimi düşünəcəyəm. Məni zirvəyə çatdıran zəhmətdir”, – Ronaldo vurğulayıb.

Portuqaliyalı 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Bütün turnirlərdə 12 matçdan sonra Ronald 12 qol vurub və altı məhsuldar ötürmə edib.

“Əl-Nəsr” Səudiyyə Ərəbistanında keçirdiyi 10 oyundan sonra 22 xalla üçüncü pillədə qərarlaşıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.