Salyanda yük avtomobili sərnişin avtobusu ilə toqquşub –9 nəfər xəsarət alıb/FOTO

Salyan şəhərində yük maşını minibusla toqquşub. 

Azpost.info bildirir ki, bu barədə yerli hüquq müdafiəçisi Emil Məmmədov bildirib.

Qəza Ələt-Astara yolunun Salyan şəhərindən keçən hissəsində baş verib. Yeni çəkilən yol üçün torpaq daşıyan yük maşınının sürücüsünün kobud səhvi nəticəsində “Şaqman” sərnişin daşıyan minibusla toqquşub.

Baş verən qəzada 9 nəfər xəsarət alıb. Xəsarət alanlardan 3 nəfəri yerli ASAN Xidmətin xanım əməkdaşlarıdır.

 

**

Salyan rayonunda baş verən qəza ilə əlaqədar Salyan Rayon Mərkəzi Xəstəxanasına 11 nəfər (2-si kişi, 9-u qadın olmaqla) yerləşdirilib. Müxtəlif növ bədən xəsarətləri alan şəxslər müvafiq şöbələrə yerləşdirilib, onlara zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsində 2 nəfərin müalicəsi davam etdirilir. 1-nin vəziyyəti kritik ağır, 1-nin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.