Azərbaycan SPECA Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq

Bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayırıq.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.

Dövlət başçısı bildirib ki, BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilib.

“Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq”, – Azərbaycan Prezidenti bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.