“Qarabağ əbədiyyətə qədər Azərbaycanın ərazisi olaraq qalacaq”.
Bu barədə Bakıda səfərdə olan Türkiyə milli müdafiə naziri Yaşar Güler azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşü zamanı bildirib.
Yaşar Güler Zakir Həsənovu Azərbaycanın 8 Noyabr – Zəəfər Günü münasibətilə bir daha təbrik edərək, Qarabağın azadlığı uğrunda 44 gün qəhrəmancasına döyüşmüş şəhid və qaziləri rəhmətlə yad etdiyini vurğulayıb.