Rusiya Elmlər Akademiyasının üzvü, ölkənin Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin qəlyan çəkməyin vərəmə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Azpost.info xəbər verir ki, o, qəlyana qoyulan zəhərli maddələrin deyil, qurğunun içərisindəki antisanitar şəraitin əsas təhlükə olduğunu deyib.
“Orada başqasının tüpürcəyi var. Qəlyan çəkənlər onu udurlar və bu da vərəm başda olmaqla, digər müxtəlif xəstəliklərərə səbəb ola bilir”, – onkoloq bildirib.
Kaprin qeyd edib ki, hətta qəlyanın özünə toxunmaq belə, təhlükəli ola bilər. Bu onunla bağlıdır ki, qəlyan hissələrini dezinfeksiya etmək çətin olur və bir çox müəssisələrdə işçilər sadəcə olaraq onların sterilizasiyasının vacibliyi barədə düşünmürlər.
Bu arada, müxtəlif ölkələrdən olan tədqiqatçılar ən zəif qəlyanın belə, sağlamlığa siqaretdən daha çox təhlükə yaratdığını bəyan edirlər.
Azpost.info