Litva boş yük maşınlarının Rusiya və Belarusla sərhədi keçməsinə qadağa qoyub

Litva gömrük orqanları boş yük maşınlarının Rusiya və Belarusla sərhədi keçməsini qadağan edib.

Azpost.info xəbər verir ki, qadağa Avropa İttifaqında, o cümlədən Litvada qeydiyyatda olan avtomobillərə şamil edilir.

Aİ-nin gömrük ərazisindən və ya ondan kənara yük daşıyan yük maşınları üçün istisna hal nəzərdə tutulur.

Litva gömrükçülərinin dediklərinə görə, bu qərar Aİ-nin Rusiya və Belarusa yük avtomobillərinin ixracını, eləcə də bu növ nəqliyyatın Rusiya ərazisindən tranzitini qadağan edən qaydalarına uyğun olaraq qəbul edilib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.