Qazaxıstanda əcnəbilərdən barmaq izi götürüləcək- Yanvarın 1-dən

Qazaxıstan Senatı iki oxunuşda əcnəbilər üçün sənədlərin qəbulu zamanı barmaq izinin məcburi qeydiyyatının tətbiqi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Azpost.info xəbər verir ki, bu barədə ölkə parlamentinin saytı xəbər verir.

Məlumata görə, yeni normalar 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Əvvəllər barmaq izinin bütün Qazaxıstan vətəndaşları üçün məcburi olması nəzərdə tutulurdu. Lakin bu müddəa qanundan çıxarılıb və Qazaxıstan pasportu olan şəxslər üçün prosedur könüllü olub.

Senator Yevgeni Bolgertin sözlərinə görə, 16 yaşına çatmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün “Barmaq izi və genomik qeydiyyat haqqında” Qazaxıstan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda məcburi barmaq izinin qeydiyyatı tətbiq edilir.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.