Avropa İttifaqı Rusiyaya qarşı daha iki sanksiya paketini hazırlayır.
Azpost.info bildirir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Çexiya parlamentinin deputatı Tomas Zdexovski bildirib ki, Rusiyaya qarşı 13-cü və 14-cü sanksiya paketi müzakirə olunur.
Onun sözlərinə görə, yeni məhdudiyyətlər çox tezliklə Aİ-yə üzv dövlətlərə təqdim olunacaq.
Avropa Parlamentinin Estoniyadan olan üzvü Yana Toom əlavə edib ki, yeni sanksiyalar paketi ilə bağlı təşəbbüs ilk növbədə Baltikyanı ölkələrdən gələcək.
Xatırladaq ki, dekabrın 18-də Rusiyaya qarşı 12-ci sanksiyalar paketi açıqlanıb. Orada digər məsələlərlə yanaşı, Rusiyanın almaz sənayesinə qarşı məhdudiyyətlər tətbiq edilib. Həmçinin 61 nəfərin və 86 hüquqi şəxsin adı “qara siyahı”ya salınıb.