Bakıda bulvar ərazisində gəzinti qayığı batıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar xəttinə Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı məlumat daxil olub.
Dalğıc-axtarış xilasetmə əməkdaşları hadisə yerinə cəlb edilib. İlkin məlumata görə, batma təhlükəsində olan vətəndaşlar xilas olunub.