Səsi ilə Rəşid Behbudovu heyran edən balaca Ərəstun –Gəncəli uşağın sonrakı taleyi necə olub?/NADİR KADRLAR

Rəşid
Rəşid

Azərbaycan gözəl səslərə malik gənc ifaçıları ilə həmişə seçilib

Azpost.info bildirir ki, belə nadir səslərdən biri 60-cı illərdə Gəncədə üzə çıxıb.

Yeniyetmə xanəndə Ərəstun Xəlilov öz səsi ilə o zaman bütün respublikaya səs sala bilmişdi. Onun ifasında “Kor ərəbin mahnısı” ən yaxşı ifalardan sayılırdı.

Ərəstunun ifasını eşidən korifey sənətkarımız Rəşid Behbudov mərkəzi qəzetdə onun haqqında böyük məqalə ilə çıxş edib və onu gələcəyin istedadlı xanəndəsi adlandırıb.

Ərəstun Xəlilov 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünüdə də iştirak edib.  Böyük Teatrda keçirilən yekun konsertdə adlı, sanlı sənətkarlarımızla yanaşı Gəncə məktəblisi Ərəstun Xəlilov da oxuyub.

O, Səid Rüstəmovun idarəsi ilə xalq çalğı alətləri orkestrinin müşaiyəti ilə Fikrət Əmirovun “Kor ərəbin mahnısı”nı ifa edir.

Azpost.info “FOTOXRONİKA” layihəsi çərçivəsində oxucularına bu fotonu təqdim edir. Fotoşəkli mərhum sənətkarımız Rəşid Behbudovun qızı Rəşidə xanım ailə albomundan təqdim edib.

Şəkildə Rəşid Behbudov 1959-cu ildə Moskvada çıxış edəcək Ətəstun Xəlilovla məşğul olarkən əks olunub.

Çox istedadlı yeniyetmə olan Ərəstun Xəlilov sonradan ifaçılıq sənətini davam etdirməyib. O, elm sahəsinə keçid edib. Fəlsəfə üzrə professor olan Ərəstun Xəlilov Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda dərs deyib.
Professor Ərəstun Xəlilov 2010-cu ildə, 67 yaşında dünyasını dəyişib.
Gəncədə bu gün də Ə.Xəlilovu hörmətlə xatırlayırlar.
Azpost.info
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.