“Rusiya hərbi bazası müqaviləyə uyğun olaraq Ermənistanda yerləşir, onun respublika ərazisində yerləşməsinin məqsədəuyğunluğu barədə danışmaq zərərlidir”.
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS-a müsahibəsində deyib.
“Biz Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının yerləşməsinin məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Bazanın orada yerləşməsi ilə bağlı saziş 1995-ci il martın 16-da imzalanıb. Bu saziş ilk növbədə, milli maraqlara və Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün bağlanıb”, – nazir qeyd edib.
Lavrov qeyd edib ki, Rusiya ordusu bu gün regionda sülhün təmin edilməsində əsas elementdir.
Qeyd edək ki, 2010-cu il avqustun 20-də Rusiya Federasiyası və Ermənistan bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıb.