Prezident Xalq artistinə 3 otaqlı mənzil bağışladı:"Bu gün açarları verdilər"

Prezident İlham Əliyev Xalq artisti Bilal Əliyevə mənzil hədiyyə edib.

Bu barədə Xalq artisti məlumat verib.

Bilal Əliyev mənzilin açarlarının bu gün ona təqdim edildiyini bildirib:

“Bu gün məni çağırıb şəhərin gözəl bir yerindən üç otaqlı mənzilin açarlarını təqdim etdilər. Hədiyyəyə görə prezidentimizə təşəkkür edirəm.

60 illik yubileyimdə mənzil şəraitimin yaxşı olmadığını nəzərə alaraq, məni, ailəmi və sevənlərimi sevindirdi. Mənə göstərdiyi etimadı, çalışacam ki, ömür boyu doğruldum. Diqqətə görə təşəkkür edirəm”.

Qeyd edək ki, noyabrın 18-də Bilal Əliyevin 60 yaşı tamam olacaq(oxu.az).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir