Azərbaycanla isti münasibətləri olan, Parisin 7-ci rayonunun meri Rəşidə Dati Fransanın yeni mədəniyyət naziri təyin edilib.
Azpost.info bildirir ki, Prezident Makron Fransanın yeni hökumətinin bir sıra nazirlərini təsdiq edib.
Daxili işlər, iqtisadiyyat və maliyyə, ədliyyə və müdafiə sahələri üzrə nazirlərin öz vəzifələrində qaldığı bildirilir.
Mədəniyyət naziri dəyişib. Parisin 7-ci rayonunun meri Rəşidə Dati Fransanın yeni mədəniyyət naziri təyin edilib.
Yeni hökumətin tam tərkibi rəsmi olaraq yaxın saatlarda və ya sabah elan ediləcəyi bildirilir.
Rəşidə Dati Azərbaycanla dostluq əlaqələrinin möhkəmlənməsində rolu olan siyasətidir. Avropa Parlamentinin deputatı kimi bir neçə dəfə Bakıda səfərdə olub. O, yüksək səviyyədə qarşılanıb.
2011-ci ildə Bakıda olarkən Prezident İlham Əliyev tərəfindən qəbul edilib.
Həmçinin 2011-ci ilin aprelində “Gülüstan” sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Paris şəhərinin yeddinci rayonunun meri ilə görüşüb.
R.Dati 2012-ci ildə Bakıda səfərdə olarkən keçirdiyi mətbuat konfransıda bəyan edib ki, “Azərbaycan çoxmədəniyyətliliyin inkişafı baxımından bir çox dünya ölkələrinə nümanə ola bilər”.
Rəşidə Dati Fransa-Azərbaycan dostluq münasibətlərinin inkişafının dəstəkçilərindən olub.
Azpost.info