Rusiyada vətəndaşların 20 faizi VPN-dən istifadə edir

Rusiyada vətəndaşların 20 faizi VPN-dən istifadə edir.

Azpost.info xəbər verir ki, bunu Çikaqo Universitetində NORC tərəfindən aparılan sorğu göstərib.

“Data.ai” beynəlxalq tədqiqat şirkətinin hesablamalarına görə, internet saytlarının bloklanmasından yan keçmə xidmətləri “Google Play” və “App Store”da yükləmələrdə lider olub.

Rusiyada tətbiqlərin endirilməsinin ümumi sayının artması ilə VPN xidmətlərinin kateqoriyası bir neçə dəfə (160 milyon endirmə) artıb.

2023-cü ilin noyabrına qədər “Roskomnadzor” Rusiyada 15 000-dən çox sayt və keçidi bloklayıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.