Dünyanın ən böyük investisiya şirkəti “BlackRock” infrastruktur şirkəti “Global Infrastructure Partners”i (GİP) təxminən 12,5 milyard dollara satın alır.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“BlackRock” 3 milyard dollar nağd pul və təxminən 9,5 milyard dollar dəyərində 12 milyon səhm ödəyəcək.
Müqavilənin üçüncü rübdə bağlanacağı gözlənilir.
100 milyard dolları idarə edən GIP-in alınması “BlackRock”un on ildən çox müddətdə ən böyük sövdələşməsidir.
Azpost.info