“Bakı İrəvanla sülh sazişini Rusiyada imzalamağa hazırdır”- LAVROV

“Azərbaycan Rusiyada Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, bəzi Qərb ölkələri isə belə bir sazişi öz ərazisində bağlamaq istəyir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Eyni zamanda o qeyd edib ki, İrəvanın nə dərəcədə hazır olması hələ məlum deyil: “Bizim qərbli həmkarlarımız sülh müqaviləsinin yalnız onların ərazisində imzalanmasını istəyirlər. Azərbaycan münaqişənin sona çatması və bütün məsələlərin həlli üçün səylərin başladığı Rusiyada onu imzalamağa hazırdır. İrəvanın buna nə dərəcədə hazır olduğunu bilmirəm. Ermənistana çoxdan müvafiq siqnallar göndərilib”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.