“Qərb Çörçilin “rus ayısı” ilə bağlı sözlərini xatırlamalıdır”- Rusiya XİN rəhbəri

“Qərb Rusiyanı qorxutmamalıdır. Qərb ölkələri Böyük Britaniya hökumətinin keçmiş rəhbəri Uinston Çörçilin “rus ayısı” ilə bağlı sözlərini xatırlamalıdırlar”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Qərb təxribatçıları müntəzəm olaraq Moskvanı nüvə silahı ilə hədələyir və heç kim onları dayandırmır.

“Heç kim onlara mane olmur. Sadəcə hamı deyir ki, Putin nüvə bombası ilə hədələyir, baxmayaraq ki, avropalılardan və amerikalılardan fərqli olaraq bu heç vaxt deyilməyib. Almanlar deyirdilər ki, Putin bilməlidir ki, NATO-nun da nüvə silahı var. İngilislər, keçmiş baş nazir tərəddüd etmədən düyməni basacağını söylədi. Bizi qorxutmağa ehtiyac yoxdur, bunu çoxları bilir. Çörçili tez-tez oxumaq lazımdır, onun “rus ayısı” və onunla necə davranacağı ilə bağlı aforizmi var”, – Lavrov deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.