“Bakıda saxlanılan erməni separatçıların istintaqı davam edir”- Baş prokuror

Bakıda saxlanılan erməni separatçılarla bağlı hazırda istintaq aparılır.

Bu barədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O qeyd edib ki, onlar həmin dövrdə Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən, faktiki olaraq Ermənistana tabe olmaqla seperatçılıqla məşğul olublar.

“Bütün bunlarla bağlı geniş istintaq tədbirləri həyata keçirilir. Orada görüləsi işlər çoxdur. Bütün beynəlxalq konvensiyaların və milli qanunvericiliyn tələblərinə uyğun olaraq istintaq hərəkətləri aparılır. Cinayət işi yekunlaşdıqdan sonra, onlara son ittihamlar elan ediləndən sonra iş baxılması üçün məhkəməyə göndəriləcək”, – deyə K.Əliyev bildirib.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.