Azərbaycanın beynəlxalq axtarışa verdiyi 108 nəfərin yeri müəyyən olunub

DİN
DİN

Azərbaycanın beynəlxalq axtarışa verdiyi 108 şəxsin yeri müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyində ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, təqsirləndirilən şəxslərin axtarışının nəticələri ötən il 2,3 faiz yaxşılaşaraq 87,8 faiz təşkil edib.

Məlumata görə, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 108 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 53 nəfərin yeri ötən il müəyyən olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.