Yəmən husiləri Qırmızı dəniz sularında Britaniyanın “Polux” tankerinə raket zərbəsi endirib.
Azpost.info xəbər verir ki, zərbə gəmi əleyhinə raketlə endirilib.
Husilərin sözçüsü əlavə edib ki, zərbə birbaşa və dəqiq olub.
Bundan əvvəl Böyük Britaniya və ABŞ silahlı qüvvələrinə məxsus təyyarələr Yəməndə husilərin hədəflərinə zərbələr endirib. Ehtimal olunur ki, hava hücumları Qırmızı dənizdə Britaniya və ABŞ gəmilərinin atəşə tutulmasına Qərb koalisiyasının cavabı olub.
Azpost.info