Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Rusiyanın hücumu güclənib, vəziyyət gərgindir” –

User 13 Aprel 2024 - 12:57 (Last updated: 21 May 2025 - 20:15)
sirski

“Son günlər şərq cəbhəsində vəziyyət daha da gərginləşib. İşğalçılar hücumlarını gücləndirib və hücumlar üçün texnikadan istifadə edirlər”.

Bu barədə cəbhə bölgəsinə növbəti səfərindən sonra Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski teleqram kanalında yazıb.

Baş komandan qeyd edib ki, Rusiyada keçirilən prezident seçkilərindən sonra qarşı tərəfin hücum hərəkətləri daha da güclənib. “Düşmən Liman və Baxmut istiqamətində bizim mövqelərimizə zirehli texnikanın dəstəyilə hücum qrupları ilə aktiv şəkildə hücum edir”, – deyə Sirski bildirib.

Onun sözlərinə görə, quru hava cəbhədə zirehli texnikanın istifadəsinə şərait yaradır. Hava şəraiti açıq ərazilərin əksəriyyətini tanklar üçün əlçatan edib: “Əhəmiyyətli itkilərə baxmayaraq, düşmən zirehli texnikalarda yeni birləşmələrdən istifadə etməklə səylərini artırır və bunun sayəsində vaxtaşırı taktiki uğur qazanır”, – deyə Baş Komandan vurğulayıb.

Sırski döyüş bölgəsinə gedib və müdafiənin ən problemli sahələrinin elektron müharibə, hava hücumundan müdafiə vasitələri ilə gücləndirilməsinə yönəlmiş qərarlar qəbul edilib. Bütün növ pilotsuz uçan aparatların və tank əleyhinə raketlərin ehtiyatları da artırılıb, əlavə qüvvə və vasitələrin ehtiyatı köçürülüb.

Baş komandan qeyd edib ki, yüksək texnologiyalı silahlarda düşmən üzərində texniki üstünlüyə nail olmaq məsələsi yenidən gündəmə gəlib: “İkinci ciddi problem hərbi personalın, ilk növbədə piyada birləşmələrinin təlim keyfiyyətinin yaxşılaşdırılmasıdır ki, onlar hərbi texnikanın və Qərb silahlarının bütün imkanlarından maksimum istifadə edə bilsinlər”, – deyə o əlavə edib.

Bu problemlərin həlli Quru Qoşunlarının komandanlığına həvalə edilib.

Səfər zamanı Sırski əsgərlərə mükafatlar da təqdim edib.

Post navigation

Previous: İran PUA-ları və yüzlərlə raketi hazır vəziyyətə gətirib –
Next: Türkiyə qlobal logistika sektorunda 11-ci yerdədir

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
Payız gələndə ağacların yaşıl yarpaqları sarı, narıncı və qırmızı rənglərə boyanır. Bəzən eyni ağacın budaqlarında müxtəlif rəngli...
Read more about Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb
Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır? avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
Gündəlik gəzinti nə üçün vacibdir? gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15
Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq? bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.