Türkiyə qlobal logistika sektorunda 11-ci yerdədir

Türkiyə dünya nəqliyyat daşımaları və logistika sektorunda 11-ci yerdədir. Qlobal ixrac daşımaları bazarının 2,5 faizi ölkənin payına düşür.

Bu barədə Türkiyə Ticarət Nazirliyinin şənbə günü yaydığı məlumatında bildirilir.

Ticarət Nazirliyinin məlumatına görə, Türkiyənin logistika və nəqliyyat bazarının həcmi bu günə olan məlumata görə 100 milyard ABŞ dollarına çatır ki, bu da xidmət ixracının artmasına əhəmiyyətli töhfə verir. “Ölkənin xidmət ixracının təxminən 40 faizi, yəni 40 milyard ABŞ dolları Türkiyənin nəqliyyat daşımaları və logistika sektorunun payına düşür və bu göstərici daim artır. Bütün bunlar ölkəyə ciddi valyuta gəlirləri gətirir”, – deyə nazirliyin məlumatında bildirilir və ölkənin coğrafi üstünlüklərindən maksimum istifadənin əhəmiyyəti vurğulanır.

Dünya Bankının mütəxəssisləri tərəfindən vaxtaşırı hesablanan Logistika Səmərəliliyi İndeksinin (LSİ) göstəricilərinə diqqət yetirilir. “Əgər 2018-ci ildə Türkiyənin LSİ göstəricisi 3.15 bənd təşkil edirdisə və ölkə dünyada 47-ci yerdə idisə, 2023-cü ilin yekunlarına görə bu, 3.4 bənd (38-ci yer) səviyyəsinə yüksəlib. Hökumətin ortamüddətli iqtisadi proqramı Türkiyəni 2028-ci ilə qədər LSİ üzrə dünyada 25-ci yerə çıxarmaq məqsədini müəyyənləşdirib”, – deyə məlumatda qeyd olunur.

Ticarət Nazirliyi Türkiyənin logistika və nəqliyyat sektorunda iştirak edən şirkətlərə davamlı dəstək vermək əzmini vurğulayıb.

Əvvəlki məqalə

“Rusiyanın hücumu güclənib, vəziyyət gərgindir” –

Sonrakı məqalə

İsrail Livanda “Hizbullah”ın mövqelərinə hava zərbəsi endirib