Aİ-nin 14-cü anti-Rusiya sanksiyaları kimlərə təsir edəcək?

“Hazırda Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində fəal işləyir”.

Azpost.info xəbər verir ki, bu barədə Avropa İttifaqının yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, yeni məhdudiyyətlər ilk növbədə artıq tətbiq edilmiş məhdudiyyətlərdən yan keçənlərə təsir edəcək.

“Hazırda biz Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyirik. Bu, məhdudiyyətlərdən yayınma ilə mübarizəyə yönələcək və artıq onları yayındıranlara qarşı sanksiyaları əhatə edəcək”, – Aİ rəsmisi deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.