“Netanyahu haqlı olaraq tənqid edilir”- TRAMP

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Baş nazir Benyamin Netanyahunu HƏMAS-ın İsrailə hücumunu qabaqcadan görmədiyi üçün tənqid edib.

Azpost.info xəbər verir ki, o, bu barədə “Time” jurnalına müsahibəsində danışıb.

“Ən müasir avadanlıqları var. Onların qarşısını almaq üçün hər şey var idi. Və bu barədə çox adam bilirdi. Minlərlə insan bu hücum barədə bilirdi, lakin İsrailin bundan xəbəri yox idi…”, – Tramp bildirib.

Trampın sözlərinə görə, İsraillə Qəzza zolağı arasında belə bir inkişaf heç vaxt baş verməməli idi. Tramp bunun İsrail liderinə dərin təsir etdiyini hesab edir.

Tramp onu da qeyd edib ki, Netanyahu oktyabrın 7-də baş verənlərə görə haqlı olaraq tənqid edilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.