Alimlər yoluxucu xəstəliklərin yayılmasının əsas səbəbini tapıblar

Biomüxtəlifliyin itməsi dünyada yoluxucu xəstəliklərin yayılmasında ən böyük ekoloji faktordur.

Azpost.info xəbər verir ki, bu barədə “Nature” jurnalında dərc olunan məqalədə deyilir.

Mütəxəssislər Antarktidadan başqa bütün qitələri əhatə edən yoluxucu xəstəliklərdə qlobal ətraf mühit faktorları ilə bağlı minə yaxın araşdırmanı təhlil ediblər. Bitkilərdə, heyvanlarda və insanlarda xəstəliyin həm şiddətini, həm də yayılmasını öyrəniblər.

“Əsas qənaət ondan ibarətdir ki, biomüxtəlifliyin itməsi, iqlim dəyişikliyi və introduksiya edilmiş növlər xəstəliklərin yayılmasını artırır”, – ABŞ-ın Notr-Dam Universitetinin aparıcı tədqiqatçısı, professor Ceyson Ror deyib.

Mütəxəssislər qlobal dəyişikliyin bir neçə amilinə – biomüxtəlifliyin itməsi, iqlim dəyişikliyi, kimyəvi çirklənmə və yaşam mühitinin itirilməsinə diqqət yetiriblər.

İnsanların böyük şəhərlərə köçməyə meylli olması səbəbindən yaşayış mühitinin dəyişməsi yeni infeksiyaların yayılma riskini azaldıb. Alimlərin fikrincə, bu mühitlərdə daha az xəstəlik olur, bunun səbəbi qismən daha yaxşı sanitar şəraitdir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.