“Rus dilini öyrənəndən sonra gəlsinlər”- Volodin miqrantlara səsləndi

Rusiyaya işləmək üçün gələn əcnəbi vətəndaşlar ölkənin adət-ənənələrinə hörmət etməli və rus dilində danışmalıdırlar.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının spikeri Vyaçeslav Volodin deyib.

Onun sözlərinə görə, dil tədrisi Rusiyada deyil, miqrantların gəldiyi ölkələrin ərazisində aparılmalıdır.

“Vacibdir ki, insanlar bizimlə işləməyə rus dilini bilərək, adət-ənənələrimizə, mədəniyyətimizə hörmətlə gəlsinlər. Bizim ümumi tariximiz var. Məncə, onu heç kim unutmayıb”, – Volodin deyir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.