Rusiya ordusunun müasir silah və texnika ilə təchiz edilməsində problemlər var.
Azpost.info xəbər verir ki, bunu müdafiə naziri vəzifəsinə namizəd Andrey Belousov Federasiya Şurasında çıxışı zamanı bildirib.
“Söhbət ilk növbədə təchizat, ən müasir hərbi və xüsusi texnika, artilleriya sursatları, raketlər, hərbi qulluqçular üçün fərdi mühafizə vasitələri, rabitə vasitələri, pilotsuz uçuş aparatları, elektron müharibə ilə bağlı məsələlərdən gedir”, – Belousov deyib.
O, digər problem kimi hərbi təhsili göstərib. Onun sözlərinə görə, keçmiş müdafiə naziri Sergey Şoyqunun gördüyü böyük işlərə baxmayaraq, bu sahədə müəyyən problemlər yığılıb. Belousov hesab edir ki, Ukraynadakı müharibə təcrübəsini müasir hərbi təhsilə uyğunlaşdırmaq lazımdır.
Mayın 12-də prezident Vladimir Putin Federasiya Şurasına baş nazirin keçmiş birinci müavini Andrey Belousovu müdafiə naziri təyin etməyi təklif edib. O, bu vəzifədə 10 ildən artıq Müdafiə Nazirliyinə rəhbərlik etmiş Sergey Şoyqunu əvəz edəcək. Belousov heç vaxt orduda xidmət etməyib.
Azpost.info