“Makronun təklifinə müsbət baxıram”- Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronun Ukraynaya xarici qoşunların göndərilməsinin mümkünlüyü ilə bağlı fikrinə müsbət baxdığını bildirib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, məsələn, Qərb hərbçiləri Ukrayna əsgərlərinə təlim keçə bilərlər.

Ukraynada təlim keçmək məntiqlidir. Məsələn, Fransaya, hətta Polşaya getməkdən daha sürətli. Bundan başqa da minalardan təmizləmə ilə bağlı əməkdaşlıq. Eyni zamanda, avadanlıqları birbaşa Ukraynada təmir etmək üçün bir mərkəz yaratmaq olar. Mən buna çox müsbət baxıram”, – Zelenski deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.