Moskva Avropada bir sıra yerli KİV-lərin yayım fəaliyyətinə qoyulan qadağaya cavab verəcək.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Cavab verəcəyik. İndi cavab tədbirləri hazırlanır”, – Zaxarova deyib.
Qeyd edək ki, Avropa İttifaqı Şurası Rusiyanın daha 4 media qurumunun (“RİA Novosti”, “İzvestiya”, “Rossiyskaya qazeta” və “Avropanın səsi”) Aİ ərazisində fəaliyyətini məhdudlaşdırıb.
Azpost.info