Zelenski Makronun “Olimpiya atəşkəsi” təklifini rədd edib

Ukrayna prezidenti Vladimir Zelenski Fransa lideri Emmanuel Makronun Paris Olimpiadası zamanı atəşkəs təklifini rədd edib.

Azpost.info xəbər verir ki, o, bu barədə “Frans Press” agentliyinə bildirib.

Zelenskinin sözlərinə görə, Kiyev Olimpiya atəşkəsi ideyasına inanmır və hesab edir ki, bu, sadəcə qarşı tərəfin işinə yaraya bilər.

“Rusiyanın bundan istifadə edib ərazimizə qoşun yeritməyəcəyinə kim zəmanət verir?” – Ukrayna prezidenti deyib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.