Gələn həftə 46 mindən çox abituriyent II və III ixtisas qrupları üzrə imtahan verəcək

Mayın 26-da II və III ixtisas qrupları üzrə imtahan keçiriləcək. Qırx altı mindən çox abituriyent imtahan verəcək.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə elektron imtahanlar korpusunda jurnalistlərə müsahibəsində söyləyib. O qeyd edib ki, daha sonra I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək. Bu imtahanlar birinci cəhddir.

“İyul qayında qəbul imtahanlarının ikinci cəhdi olacaq”, – deyə M.Abbaszadə bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.