Slovakiya Baş nazirini güllələyən şəxs onu öldürmək istəmədiyini deyib

Slovakiya Baş naziri Robert Fitsoya qarşı sui-qəsddə şübhəli bilinən 71 yaşlı Yuray Tsintula məhkəmə qarşısına çıxarılıb.

Azpost.info xəbər verir ki, Tsintula Slovakiyanın qərbindəki Pezinok şəhərindəki xüsusi cinayət məhkəməsinə  gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə gətirilib.

O, Fitsonu öldürmək istəmədiyini, sadəcə ona zərər vermək niyyətində olduğunu bildirib.

Törətdiyi əmələ görə Tsintulanı ömürlük həbs cəzası gözləyir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.