Azərbaycan güləşçisi Avropa çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda moldovalı Vitali Yeriomenkoya 3:2 hesabı ilə qalib gəlib.

55 kiloqramda yarışan Rəşad Məmmədov isə ukraynalı İvan Stefanskini 7:0 hesabı ilə məğlub edərək qitə üçüncüsü olub.

Bu gün Xasay Həsənli (77 kiloqram) final, Laçın Vəliyev (87 kiloqram) isə bürünc medal görüşünə çıxacaq.

Nihad Quluzadə (60 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) isə sabah finalda mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq(azərtac).

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.