Prezident Zelenski İspaniyaya gedir

Ukrayna Prezidenti Vladimir Zelenski mayın 27-də İspaniyaya səfər edəcək.

Bu  barədə “Frans Press” agentliyi məlumat yayıb.

“Zelenskini burada ölkənin Baş naziri Pedro Sançes qəbul edəcək”, – məlumatda deyilir.

Məlumata görə, görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, mayın 15-də Zelenskinin cəbhədəki vəziyyətlə əlaqədar İspaniya və Portuqaliyaya səfərləri ləğv edilmişdi.

Bundan əvvəl İspaniya Kiyevə yeni hərbi yardım paketinin hazırlandığını bildirib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.