Başqırdıstanın İlişevski rayonunun Verxneyarkeyevo kəndində Ukrayna müharibəsinin iştirakçısı olmuş keçmiş hərbçilərlə Ermənistan vətəndaşları arasında kütləvi dava baş verib. Daha sonra yerli sakinlərdə davaya qoşulub.
Azpost.info bildirir ki, bu barədə Readovka teleqram kanalı məlumat verib. Münaqişə ötən gün baş verib. İlkin məlumata görə, müharibədə döyüşmüş bir qrup şəxslə Ermənistan vətəndaşları arasında mübahisə yaranıb, nəticədə onlar veteranlara yumruqla hücum edərək onları döyməyə başlayıblar.
Daha sonra yerli sakinlər Ermənistan vətəndaşlarından veteranlardan üzr istəmələrini tələb ediblər, nəticədə yüzdən çox insanın iştirak etdiyi yeni dava baş verib.
Rusiya İstintaq Komitəsinin sədri Bastrıkin hadisənin araşdırılmasına göstəriş verib.