İtkin düşmüş 83 yaşlı qadın və daha 4 nəfər tapılıb

DİN
DİN

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş 5 nəfər tapılıb.

Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Mayın 5-də Sabirabad rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 1941-ci il təvəllüdlü qadın, mayın 23-də paytaxtın Səbail rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 2010-cu il təvəllüdlü qız, mayın 23-də Mingəçevir şəhərində azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 2002-ci il təvəllüdlü qadın və mayın 25-də Masallı rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 2005-ci il təvəllüdlü qız tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.