Ermənistan polisi tərəfindən saxlanılan 280-dən çox müxalifət fəalından 273-ü artıq sərbəst buraxılıb.
Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onlar polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadıqları üçün saxlanılmışdılar.
Qeyd edək ki, keşiş Vazgen Qalstanyanın çağırşı ilə İrəvanın bir sıra rayonlarında itaətsizlik aksiyaları keçirilir.
Azpost.info