Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud 12 illik fasilədən sonra Suriyaya səfir təyin edib.
Azpost.info xəbər verir ki, krallığın Dəməşqdəki 2012-ci ildə bağlanmış diplomatik missiyasına Seyf bin Səud əl-Mucfel rəhbərlik edəcək.
Səudiyyə Ərəbistanı və Suriya 2023-cü ilin mayında diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər. Ər-Riyaddakı ərəb səfirliyi ölkələr arasında münasibətlərin normallaşmasından bir neçə ay sonra işini bərpa edib. Bu ilin əvvəlində Səudiyyə Ərəbistanı Dəməşqdə səfirliyini açıb.
Azpost.info