Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, rayonun Sabirabad kənd sakini, 2007-ci il təvəllüdlü Şükürov Mirhəsən Aftandil oğlu Uzuntəpə kəndində yerləşən su bəndində boğulub.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.